İtaliya

1. Ölkə haqqında ümumi məlumat:

Paytaxtı Roma şəhəri olan bu ölkə Avropa qitəsinin cənubunda Appenin yarımadasında yerləşir. Rəsmi dili italyan dilidir. İtaliya, Fransa, İsveçrə, Avstriya, Sloveniya, San Marino və Vatikan kimi ölkələrlə sərhəddir. 

2. Ölkədəki universitetlərin səviyyəsi və reytinqləri:

İtaliya dünyada rəqabətədavamlı və yüksək səviyyədə ixtisaslaşmış ali təhsil məkanı kimi tanınır. Təhsil və elm sahəsində beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət yetirən İtaliya bir çox ölkələrlə ali təhsil, tələbə və müəllim mübadiləsi, həmçinin birgə tədqiqatlar istiqaməti üzrə fəal əməkdaşlıq edir.  Ölkədə 95 universitet fəaliyyət göstərir. Bu ali məktəblərin 70 faizi dövlət universitetləridir. 

  1. Universitetlərə nümunələr:

Universita Di Bologna

Sapienza- Universita Di Roma

Universita Degli Studi Dİ Milano

Universita Di Pisa

Politecnico Di Milano   

3. İtaliyada təhsil almağın üstünlükləri:

- Aşağı təhsil haqqı

- Təqaüd proqramlarının çoxluğu

- İngilis dilində təhsil almaq imkanı

- Universitetlərinin dünya sıralamasında ilk 10 luqda yerləşməsi

4. Qiymət şkalası:

a) təhsil-

İtaliyadakı universitetlərdə təhsil haqqı çox aşağıdır. Bakalavr və magistr proqramları üçün orta təhsil haqqı hər tədris ilində 1500 avrodur.

Bəzi hallarda tələbələr maddi vəziyyətlərindən və akademik göstəricilərindən asılı olaraq təhsil haqqını ödəməkdən azad olunurlar. 

b) Yaşayış-

İtaliyada tələbələr üçün yaşayış dəyəri yaşadığınız yerdən asılı olaraq xeyli yüksək və ya aşağı ola bilər. Məsələn, turizm bölgələri və xüsusilə şimalda yerləşən şəhərlər kiçik şəhərlərə nisbətən daha bahalıdır. Bir ayda 1000 avrodan 1500 avroya qədər bir büdcə, qidalanma, yaşayış, nəqliyyat, kitab almaq və s. kimi xərcləri ödəyə bilər.

6. Bakalavr təhsili:

- İtaliyada bakalavr pilləsi üzrə təhsil almaq istəyənlər 12 (on iki) illik təhsil müddətini başa vurmalıdırlar. Yəni 11 illik orta məktəb və ən azı 1 illik kollec və ya bakalavr pilləsi üzrə təhsil alanlar İtaliyaya bakalavr təhsili üçün müraciət edə bilər.

- Lazımi sənədlər: 

Məzunluq sənədləri, sənədlərin təsdiq olunmuş tərcümələri, motivasiya məktubu, xarici dil biliyinizi təsdiq edəcək sənəd, qeydiyyat ödənişi, tövsiyə məktubu, şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti.

7. Magistr təhsili:

- Magistr pilləsi üzrə təhsil müddəti 2 il təşkil edir.

- Lazımi sənədlər:

Məzunluq sənədləri, sənədlərin təsdiq olunmuş tərcümələri, motivasiya məktubu, xarici dil biliyinizi təsdiq edəcək sənəd, qeydiyyat ödənişi, tövsiyə məktubu, şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti.

 

8. İş imkanları:

İtalia Qanunvericiliyi tələbələrə Part-time(həftəlik 20 saat) işləməyə icazə verir. İş imkanları,  əsasən turizm sektorunda promoter, barmen, ofisiant, food delivery kimi sahələri əhatə edir. Saat başı 5-8 avro arası dəyişir. Təhsili başa vurduqdan sonra beynəlxalq tələbələr 1 ildən çox olmayaraq Məşğulluq idarəsindən qeydiyyatdan keçməklə, ölkədə əlavə olaraq maksimum 1 il müddətində işaxtaran kimi qala bilərlər.

 

Universitetlər