İspaniya

  1. Ölkə haqqında ümumi məlumat: 

İspaniyanın paytaxtı Madrid şəhəri, dövlət dili isə ispan dilidir.  Qərbdə Portuqaliya, şərqdə İtaliya, cənubda Mərakeş , şimalda Fransa ilə həmsərhəddir. 

  1. Ölkədəki universitetlərin səviyyələri və reytinqləri:

İspaniyanın 10 universiteti dünyanın 500 ən yaxşı universitet siyahısına daxildir. 

Universitetlərə misal göstərək:

  • Autonomous University of Madrid

Dünya üzrə reytinqdə 159-cu, İspaniyada isə 1-ci yerdədir. Bu universitetin ən reytinqli ixtisasi isə Hüquq ixtisasıdır.

  • Complutense University of Madrid

Dünya üzrə reytinqdə 206-cı yeri tutan bu universitet dünyada olan ən qədim universitetlərdən biridir. Hal-hazırda 86000-dən çox tələbə bu universitetdə təhsil alır.

  • University of Barcelona

Reytinqcə dünyada 166-cı, İspaniya da isə 2-ci olan bu universitet İspaniyanın ən böyük universitetlərindən biridir. 63000-ə yaxın tələbə hal-hazırda Barselona Universitetinin tələbəsidir. 

  1. İspaniyada təhsil almağın üstünlükləri:

İspaniya təhsil sistemi Avropada olan ən yaxşı təhsil sistemlərindən biridir. Yaşam xərcləri isə digər ölkələrə nisbətən daha münasibdir. Əlavə olaraq, əylənməyi sevən birisinizsə, İspaniya sizin üçün ən ideal ölkədir.   

  1. Qiymət şkalası:

  1. Təhsil-

Həm bakalvr, həm də magistr tələbəri üçün dövlət universitetlərində ödəniş 500-5000 avro, özəl univeristetlərdə isə 30000 avroya qədərdir. 

  1. Yaşam xərcləri-

Sizə ayda 700-1100 avro kifayətdir. İctimai nəqliyyada ödəniş 1 nəfər üçün 1.5 avrodur, lakin siz 1 aylıq gediş kartını 42 avroya ala bilərsiniz. 

 

  1. Bakalvr Təhsili:

  • Bakalavr təhsili əsasən İspaniyada  3-3,5 illik olur. Dövlət universitetlərində təhsil haqqı isə kifayət qədər münasibdir.

  • Lazımi sənədlər:

Məzunluq sənədləri, sənədlərin təsdiq olunmuş tərcümələri, motivasiya məktubu, xarici dil biliyinizi təsdiq edəcək sənəd, qeydiyyat ödənişi, tövsiyə məktubu, şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti.

  1. Magistr təhsili:

  • Magistr təhsili əsasən İspaniyada  1-2 illik olur. 

  • Lazımi sənədlər:

Məzunluq sənədləri, sənədlərin təsdiq olunmuş tərcümələri, motivasiya məktubu, xarici dil biliyinizi təsdiq edəcək sənəd, qeydiyyat ödənişi, tövsiyə məktubu, şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti.

  1. İş imkanları:

İspaniyada təhsil aldıqları müddətdə işləmək istəyən AB (Avropa Birliyi) üzvü olmayan tələbələr müvəqqəti yaşayış icazəsi alaraq, təhsil müddətində həftədə 20 saata qədər işləyə bilərlər. Əlavə iş icazəsi tələb olunmur.

 

Universitetlər