ABŞ

  1. Ölkə haqqında ümumi məlumat 

 

Amerika Birləşmiş Statları şimalda Kanada, cənubda isə Meksika ilə həmsərhəddir. Ölkədə ümumilikdə 21 milyon tələbə təhsil alır. 

 

  1. Ölkədəki universitetlərin səviyyəsi və reytinqləri:

 

Amerika universitetlərinin bir çoxu dünya reytinqlərində dominantlıq təşkil edir. Bununla yanaşı, Amerikada 2613 beynəlxalq akkreditə olunmus 4 illik kollec ve universitetlər vardir. 

 

     Universitetlərə misal göstərək:

 

  • Kolumbiya Universiteti 

Kolumbiya Universiteti ən yaxşı Qlobal Universitetlər Sıralamasına görə, 2020-ci ildə top 10-luğa daxil olaraq sıralamını 7-ci yerdə başa vurmuşdur. Kolumbiya Universiteti dünyanın ən mühim tədqiqat mərkəzlərindən biridir.

 

  • Çikaqo İllinoys Universiteti

Dünyanın ən böyük şəhərlərindən birinin mərkəzində yerləşən Çikaqo Universiteti hal-hazırda dünya reytinqində 201-ci yerde sıralanmışdır. 

 

  • Luiziana Dövlət Universiteti

Bu universitet yüksək səviyyəli magistratura proqramları və zəngin məzun tədqiqat imkanları təklif edir. Luiziana Dövlət Universiteti “Dünya Universitetlərinin Akademik Reytinqi” sıralamasına əsasən 2019-cu ildə 301-ci sırada yer almışdır. 

 

  • Mississippi Dövlət Universiteti

Universitet hər bir tələbəyə akademik, liderlik və sosial imkanlar təqdim edir. Hal-hazırda “Dünya Universiteti Reytinqləri” sıralamasına əsasən 801-ci yerdə sıralanmışdır. 

 

  1. Amerikada təhsil almağın üstünlükləri:

 

 ABŞ-da ali məktəblər müxtəlif kateqoriyalara bölünür: tədqiqat universitetləri, icma kollecləri, liberal sənət kollecləri və peşə məktəbləri. ABŞ universitetləri dünyanın müxtəlif ölkələrindən gələn tələbələri qarşılamaqda maraqlıdırlar. Dərslər hamısı ingilis dilində aparılır və əksər təhsil ocaqları xarici tələbələrə əlavə kömək təklif edirlər. 

 

  1. Qiymət şkalası:

 

  1. Təhsil xərci: Ali təhsil müəssisələrində orta təhsil haqqı universitetlərin yerleşdiyi ştatlardan və özəl və ya dövlət universiteti olmasından asılı olaraq dəyişir. Orta hesabla, ali təhsil müəssisələrində təhsilin dəyəri bakalavr təhsili üçün ildə 30-40 min dollar, magistratura üçün ildə 20-35 min dollar, və doktorantura üçün ildə 28-40 min dollar arasında dəyişir. 

  2. Yaşayış xərci:  Adətən bir aylıq yaşam üçün 700-1000 dollar kifayətdir. Buraya yaşayış xərcləri, otaq və yemək, səyahət, dərsliklər, havaya uyğun geyim və əyləncə xərcləri daxildir. Misal olaraq, 12 yumurta 2 dollar, bir çörək 2.5 dollar, düyünün bir poundı isə 1 dollar təşkil edir. 

 

  1. Bakalavr təhsili:

 

  • Bakalavr təhsili əsasən Amerikada 4 illik olur. Bakalavr dərəcəsi üzrə tələbələrə yüzlərlə proqram təklif olunur. 

 

  • Lazımi sənədlər: 

Öncəki təhsil mərkəzindən məzunluq sənədləri, sənədlərin təsdiq olunmuş tərcümələri, motivasiya məktubu, xarici dil biliyinizi təsdiq edəcək sənəd, qeydiyyat ödənişi, tövsiyə məktubu, xarici passportunuzun fotoşəkil olan hissəsinin skan versiyası və akademik göstəriciləriniz. Bunlardan əlave olaraq, bəzi universitetler SAT imtahan göstəricisi tələb edə bilər. 

 

  1. Magistr təhsili:

 

  • Magistr təhsili əsasən 2 illikdir və bu təhsil üzrə tələbələrə Amerika universitetləri tərəfindən fərqli proqramlar təklif olunur. 

 

  • Lazımlı sənədlər: 

Öncəki təhsil mərkəzindən məzunluq sənədləri, sənədlərin təsdiq olunmuş tərcümələri, motivasiya məktubu, xarici dil biliyinizi təsdiq edəcək sənəd, qeydiyyat ödənişi, tövsiyə məktubu, xarici passportunuzun fotoşəkil olan hissəsinin skan versiyası, akademik göstəriciləriniz və rezyüme. Bunlardan əlavə, sizə bəzi fakültələr (adətən, biznes yönümlü) üçün GMAT və ya GRE imtahan göstəriciləri lazım ola bilər.

 

  1. İş imkanları:

 

Amerikada təhsil aldıqları müddətdə işləmək istəyən AB (Avropa Birliyi) üzvü olmayan tələbələr

müvəqqəti yaşayış icazəsi alaraq, təhsil müddətində həftədə 20 saata qədər kampus daxilində işləyə bilərlər. Bura kitabxanada işləmək, professor asistantlığı və ya araşdırma asistantı daxildir. Bundan əlavə olaraq, beynəlxalq bir tələbə olaraq, F-1 vizası ilə kollec və ya universitet bitirdikdən sonra iş əldə etmək üçün başqa bir kollec proqramına və ya OPT (Könüllü Praktiki Təlim) proqramına daxil olmaq üçün 60 gün vaxtınız olacaqdır. 60 gün ərzində baş verməzsə, ABŞ-ı tərk etməli olacaqsınız. OPT proqramı təhsil aldığınız ərazidə işləyərkən, təcrübə keçərkən F-1 viza statusunuzu bir il müddətinə uzatmağa imkan verir. Bir OPT proqramına müraciət etmək bir neçə ay çəkə bilər, buna görə məzun olmamışdan bir neçə ay əvvəl müraciət etməlisiniz. ABŞ-da daha uzun müddət qalmaq istəyirsinizsə, sizə H-1b qeyri-immiqrasiya vizası üçün sponsorluq edəcək bir şirkət lazımdır. Bu viza sizə üç il həmin şirkətdə işləməyinizə imkan verəcəkdir.

 

Universitetlər