Xaricdə təhsil

Büdcənizə və istəyinizə uyğun olaraq, dünyanın bir çox ölkələrində yerləşən reytinqli universitetlərə qəbul alaraq, xaricdə təhsil arzularınızı gerçəkləşdirə və seçdiyiniz bu yolda hər zaman yanınızda olmağa hazırıq. Xidmətlərimizə araşdırmanın aparılması, universitetə müraciət, sənədlərin hazırlanması, müsahibəyə hazırlıq, universitetlə danışıqların aparılması, təqaüd proqramlarına müraciət, istəyinizə uyğun olaraq, qarşılama və yerləşdirmə proseslərinin həyata keçirilməsi də daxildir.

Xaricdə təhsil

Mütəxəssislərimiz istəyinizə, büdcənizə və dərəcələrinizə uyğun olaraq, araşdırma edir. Bu proses zamanı sizə uyğun bütün variantlar müəyyən olunur. Sizə qalan isə seçim etməkdir!

Qəbul prosesinin ən məsuliyyətli hissəsi olan sənədlərin hazırlanmasında bizə güvənə bilərsiniz. Xüsusilə böyük əhəmiyyət daşıyan motivasiya və tövsiyə məktublarının yazılması, CV-nin hazırlanması və s. peşəkar şəkildə həyata keçiriləcəkdir.

Dünyanın müxtəlif ölkələrində tam və ya yarım təqaüdlə oxuma şansını təmin edirik. Sizə uyğun təqaüd proqramının araşdırılması, lazımi sənədlərin hazırlanması və təqaüdə müraciətin edilməsi bizim tərəfimizdən hayata keçiriləcəkdir.

Bir çox hallarda universitetə qəbul prosesində müsahibələr böyük rol oynayır. Bizim mütəxəssislər Sizi hər hansı növ canlı və ya online müsahibəyə hazırlayacaqlar. Bizə bu işdə tam güvənə bilərsiniz.

Bəzən olur ki, nədən başlamağı, hara getməyi, nəyi necə etməli olduğumuzu bilmirik, ələlxüsus əgər mövzu xaricdə təhsildirsə. Siz konsultasiya xidmətindən istifadə edərək sizi maraqlandıran sualları bizə ünvanlandıra bilərsiniz. Bizim mütəxəssislərimiz münəccim olmasalar belə öz işlərində peşəkardırlar və əllərindən gələni edəcəklər ki, Sizin heç bir sualınız cavabsız qalmasın. 

Some text about request now