Şəxsi inkişaf

Albert Eynşteyn deyirdi ki, əslində hər birimiz dahiyik, lakin əgər sən balığı onun ağaca dırmanma bacarığına görə qiymətləndirəcəksənsə onda o şəxs həyatı boyu özünü ağılsız hiss edəcək. Bu hissədə olan xidmətlər həmin balıqlara öz su hövzələri tapmaqda kömək edir - öz ixtisasını seçməkdən məqsədlərin təyin olunmasına kimi. Bu hissədə əsasən konsultasiya, mentorluq və kouçinq alətlərindən istifadə edilir.

Şəxsi inkişaf

Müasir öyrətmə alətlərindən biridir, hansı ki, daha təcrübəli mütəxəssislər daha gənc şəxslər ilə öz bilik, bacarıq və səriştələrini bölüşür.  Kouçinqdən fərqi odur ki, mentor olan şəxs mentorluq etdiyi sahədə təcrübəyə malik olmalıdır. Mentor öz misalı, dəstəyi və məsləhətləri ilə protejesini (mentorluqa müraciət edən şəxs) irəli getməyə təşviq edir. Mentor olan şəxs bir neçə funksiya daşıyır - psixoloq, kouç, məsləhətçi və müəllim. Əsas məqsədi odur ki, proteje nəticə etibarı ilə öz məqsədinə çatsın. Mentorluq xidməti normalda uzun müddətlidir və əsasən 3-9 görüş arasında dəyişir.

Əsas məqsəd bu xidməti alan şəxsin potensialının kəşf olunması, özünə inamının və motivasiyasının artırılması, bacarıq və imkanlarının inkişaf etdirilməsi, ona mane olan sərhədlərin yıxılaraq performansının maksimuma çatdırılmasıdır. Konsultasiya və mentorluqdan bir neçə fərqi var:
- kouç məsləhət vermir və əsas məqsədi effektiv dinləmə və güclü suallar ilə qarşı tərəfdə bir aydınlamaya nail olmaqdır.
- kouç həmin mövzunun eksperti olmaya bilər və ona görə də hər hansı mövzuda kouçinqi rahatlıqla verə bilər.
Effektiv nəticə üçün kouçinq kursu 8-12 görüşdən ibarət olmalıdır. 

 

Rezyume işə götürənlə ilkin tanışlıqdır və müsahibə barədə qərar onun yaratdığı təəsüratdan bir başa asılıdır. Biz bu sənədin əhəmiyyətini tam anlaırıq və bizim məqsədimiz sizin təcrübə və bacarıqlarınızı işə götürəndə maraq doğuracaq şəkildə təqdim etməkdir. 

Müasir dünyanın ən çox tələb etdiyi bacarıqlardan birisi müsahibədən keçmək və özünü düzgün təqdim etməkdir. Bu bacarıqdan çox şey asılıdır - sizi işə götürəcəklərmi, hansı maaş alacaqsınız, yeni vəzifə sizə təqdim olunacaq mı, xaricdə təhsilinizi təqaüdlü ala biləcəksiniz mi və s. Qısası, suallar çoxdur, lazım olan isə cəmi bir nəçə vacib bacarığa yiyələnməkdir. Bu prosesdə bizim rolumuz müştərimizi imkan daxilində bütün situasiyalara hazır etmək və əldə etmək istədiyi nəticəyə çatmağı təmin etməkdir.

Xüsusən abituriyentlər üçün hazırlanmış bu test şəxsin maraq, şəxsi keyfiyyətlər və bacarıqlarını qiymətləndirmə imkanı verir. Nəticələr şəxsən çap olunmuş şəkildə təqdim olunur. Testdən sonra nəticələr karyera konsultantı ilə müzakirə olunur və ən uyğun seçimlər, məqsədlər təyin olunur.

Bu uğurlu karyera qurmaq istəyən hər kəs üçün şəxsi GPS naviqator funksiyası daşıyan bir xidmətdir. Bu prosesdə hər kəs üçün onun istək, bacarıq və dəyərlərinə əsaslanan individual fəaliyyət planı qurulur. Bu plan sizə qarmaqarışıq dünyada fokusunuzun parçalanmaması və əsas məqsədlərinizi unutmamaq üçün çox güclü dəstək olacaq.

Some text about request now