Mentorluq

Müasir öyrətmə alətlərindən biridir, hansı ki, daha təcrübəli mütəxəssislər daha gənc şəxslər ilə öz bilik, bacarıq və səriştələrini bölüşür.  Kouçinqdən fərqi odur ki, mentor olan şəxs mentorluq etdiyi sahədə təcrübəyə malik olmalıdır. Mentor öz misalı, dəstəyi və məsləhətləri ilə protejesini (mentorluqa müraciət edən şəxs) irəli getməyə təşviq edir. Mentor olan şəxs bir neçə funksiya daşıyır - psixoloq, kouç, məsləhətçi və müəllim. Əsas məqsədi odur ki, proteje nəticə etibarı ilə öz məqsədinə çatsın. Mentorluq xidməti normalda uzun müddətlidir və əsasən 3-9 görüş arasında dəyişir.