Təlim və kurslar

Şəxsi və peşəkar inkişaf mövzularında olan bu xidmətlərin əsas məqsədi sizi əmək bazarı rəqrabətinə hazırlamaq və ehtiyac duyulan bacarıq və bilgilərinizi inkişaf etdirməkdir. Bu hissədə əsasən qısa müddətli təlim və kurs alətlərindən istifadə edilir.

Təlim və kurslar

Təlimlər

İş axtarışı və qəbul prossesində ən vacib amillərdən birisi rezyüme (CV) hazırlığıdır və potensial işə götürənlə ilkin tanışlıqdır. Təlimdə iştirakçılar rezyume hazırlıq mərhələlərindən bir-bir keçərək öz bilik, bacarıqlarına və qarşı tərəfin gözləntisinə uğyun ən yaxşı rezyume hazırlamağı öyrənəcəklər.
Təlim müddəti: 5 saat

 

Məqsəd: biz inanırıq ki, müsahibə bir oyundur və orada qalib gəlmək üçün həmin oynun qaydalarını bilmək lazımdır. Bu təlimdə iştirakçılar həm özlərini, həm qarşı tərəfi daha yaxşı tanımağı öyrənib bu məlumatları müsahibədə təqdim etməyə öyrənəcəklər. Bundan başqa, müsahibədə istifadə olunan əsas sual tiplərinə uyğun iştirakçılar kiçik müsahibələrdə iştirak edərək, öz bacarıqlarını praktiki yöndə də inkişaf etdirəcəklər.
Təlim müddəti: 6 saat

 

Şəxs brend adınızı eşidəndə insanların ağlında yaratdığı bir obrazdır. Hal-hazırda yaranan obraz sizin ürəyinizcə deyilsə, onda bu təlim məhz sizin üçündür. Fərqi yoxdur - tələbəsiniz ya hər hansı bir sahədə mütəxəssis, şəxsi brend hər kəsə lazımdır. Bu təlimin məqsədi auditoriyanı şəxsi brend anlayışı ilə tanış etmək və hər kəsə uyğun inkişaf planını tərtib etməkdir. 
Təlim müddəti: 5 saat

 

Deyirlər ki, niyyətin haradırsa, mənzilin oradır. Bu təlimdə iştirakçılar öz niyyətlərini təzələyir,  daha dəqiq məqsədlərini müəyyən edir və onlara çatmaq üçün fəaliyyət planı tərtib edirlər. (nəysə 1 cümlə də əlavə etmək olar)
Təlim müddəti: 8 saat

Müasir insan eyni anda bir neçə işlə məşğul olan və hər birində nəticə almağı gözləyən bir varlıqdır. İş çox, vaxt isə az olan dönəmdə əlində olan resursların düzgün planlaşdırılması çox vacibdir. Bu təlimdə iştirakçılar həm düzgün məqsəd təyini, həm resurs idarəçiliyi, həm də effektiv zaman idarəçiliyi alətləri ilə tanış olub yerindəcə sınaqdan keçirəcəklər. 
Təlim müddəti: 8 saat

Kurslar

Əsas məqsəd: təlim və inkişaf mövzusunda maraqlı olan şəxsləri təlim və təlim hazırlığı elminin əsasları ilə tanış etmək və hər hansı öyrətmə məhsulu hazırlamaq üçün lazım olan bilik və bacarığa yiyələndirməkdir. Kurs əsnasında iştirakçılar təlim hazırlığının hər üç mərhələsi ilə əyani şəkildə tanış olacaqlar - dizayn, inkişaf etdirmə və çatdırılma. Kursun sonunda isə hər kəs  20 dəqiqəlik təqdimat edəcək.  
Təlim müddəti: 40 saat

Əsas məqsəd: yeni idarəçi vəzifəsinə keçmiş və ümumən idarəçiliyi düşünən şəxslərə onun əsasları ilə tanış edərək onların lazım olan müvafiq bacarıqlarını inkişaf etdirməkdir. Kurs müddətində iştirakçılar özünüdərk və məqsədlərin təyin olunması mövzularından başlayaraq, ünsiyyət və motivasiya mövzuları daxil olmaqla, bir çox fərqli sahədə olan mövzularla daha yaxından tanış olacaqlar. 

Təlim müddəti: 40 saat

Bu kursun əsas məqsədi tələbə və yeni məzun şəxslər üçün karyera planlaması tərtib edərək, onlara nəticədə istədikləri işi tapmaqda kömək olmaqdır. Tələbələr ardıcıllıqla özünü dərk, məqsədlərin təyin olunması və bazar araşdırmasından tutmuş, mentor tapılması və ilk təcrübənin əldə edilməsi mövzularına qədər bir çox fərqli mövzuda bilik və ən əsası praktiki bacarıqlar əldə edəcəklər.
Təlim müddəti: 48 saat

 

Some text about request now