FAQ

Bu hissədə biz ən çox bizə ünvanlanan sualların cavablarını qısa olaraq qeyd etmişik. Əgər hər hansı məqam yenə də qaranlıq qalsa onda bizimlə əlaqə saxlayın və biz Sizin sualları məmnuniyyətlə cavablandırmağa hazırıq.

İşçinin iş həyatında nə istədiyini və nələrə fokuslanmalı olduğunu ortaya çıxarmaq məqsədilə addım-addım həyata keçirilən bir prosesdir. Bu əsnada, həmin şəxs bu prosesin əsas etaplarını və bunun üçün lazım olan resursları (vaxt, bilgi, bacarıq, təcrübə, əlaqə və s.) müəyyən edir.

İxtisas seçimi həyatımızda verdiyimiz ən vacib 3-5 qərardan birisidir və bu məsələyə çox ciddi yanaşmalıyıq. Ciddi olduğu kimi də, cavabı hər kəsdə asan tapılan da deyil. Bu işdə başlanğıc olaraq, həmin şəxs özünü daha yaxşı tanımağa çalışmalıdır. Məsələ ondan ibarətdir ki, özümüzü daha yaxşı tanıyanda biz öz dəyərlərimizi, maraqlarımızı, bacarıqlarımızı, istedadlarımızı müəyyən edirik və bunlar bizə məqsədlərimizi təyin etməkdə birbaşa kömək olur. Digər tərəfdən isə biz əmək bazarında hansı ixtisasların olub olmamasını araşdırmalı və 5-10 il sonra əmək bazarında olacaq trendləri bilməliyik. Bu məlumatlar bizə daha dolğun və uyğun ixtisas seçməyə kömək ola bilər.

Kouçinqin əsas məqsədi bu xidməti alan şəxsin potensialının kəşf olunması, özünə inamının və motivasiyasının artırılması, bacarıq və imkanlarının inkişaf etdirilməsi, ona mane olan sərhədlərin yıxılaraq performansının maksimuma çatdırılmasıdır.

Hər iki peşə yeni olduğundan çox adam bunları səhv salır. Mentorluqda mentor olan şəxs mütləq şəkildə həmin sahənin mütəxəssisi olmalıdır, lakin kouç olan şəxsin hər hansı bir sahədə peşəkar olması şərt deyil. Misal üçün, əgər bir nəfər təlimçi olmaq istəyirsə, onun mentoru da mütləq təlimçi olmalıdır, lakin əgər eyni insanın təlimçiliklə bağlı kouçinqi varsa, həmin kouç o sahənin mütəxəssisi olmaya da bilər. Niyə? Çünki kouç olan şəxs demək olar ki, məsləhət vermir və əsas məqsədi kouçidə (coachee) aydınlanma olması və öz suallarına özünün cavab tapmasıdır.

Yaxşı rezyume fərdi şəkildə müvafiq vakansiyanın gözləntilərinə uyğunlaşdırılmış olur, yəni namizəd hər yerə eyni rezyume göndərməkdənsə, daha çox vaxt ayırıb hər birinin ehtiyaclarını qarşılayacaq rezyume hazırlasa onun müsahibəyə çağırılma şansı mütləq şəkildə artacaq.

Hər hansı iş vakansiyasına olan böyük marağınızı və uyğunluğunuzu göstərmək üçün göndərilən bir məktubdur. Rezume ilə eyni məktubda, ayrı faylda göndərilir. Burada məktubu göndərən şəxs öz bilik bacarığının bu işə necə uyğun olduğunu və onun üçün bu işin maraqlı olması səbəblərini qeyd edir.

 

Qısa olaraq – hazırlıqdır. Bir namizəd olaraq getdiyiniz müsahibəyə mütləq şəkildə hazırlaşın. Həm özünün “qabınızda olanı”, həm qarşı tərəfin gözləntilərini bilmək vacibdir. Sizə verilə biləcək sualları müəyyən edin və onlara uyğun cavablar hazırlayın. Bundan başqa, müsahibədə istifadə olunan əsas sual tiplərinə uyğun şəkildə kiçik müsahibələr (mock interview) təşkil edərək real müsahibə abu-havasını yaşayın.

Qısa olaraq – hazırlıqdır. Bir namizəd olaraq getdiyiniz müsahibəyə mütləq şəkildə hazırlaşın. Həm özünün “qabınızda olanı”, həm qarşı tərəfin gözləntilərini bilmək vacibdir. Sizə verilə biləcək sualları müəyyən edin və onlara uyğun cavablar hazırlayın. Bundan başqa, müsahibədə istifadə olunan əsas sual tiplərinə uyğun şəkildə kiçik müsahibələr (mock interview) təşkil edərək real müsahibə abu-havasını yaşayın.

Bəli, mümkündür.

Tam təqaüdlə təhsil almaq üçün GPA minimum 75 olmalıdır.

Bəli. Rusiya,Türkiyə və Ukrayna üçün mümkündür. 

Bəli, qarantiya veririk. Əks təqdirdə ödənişiniz geri qaytarılır.