Estonyada ödənişsiz və təqaüdlü təhsil

17 Sen, 2020

 

Bildiyiniz kimi Estonyada təhsilin keyfiyyəti yüksəkdir və ən yaxşı universitetlərindən biri də Tartu Universitetidir. Bu universitetde adətən magistr proqramları üçün yer sayı 25 olur və 20 ən yaxşı tələbə ödənişsiz təhsil alır və təqaüd almaq şansınızın 60%-i motivasya məktubundan aslıdır.

 

Bəs yaşayış xərclərini nə cür qarşılamaq olar?

 

Burda siz Magistr tələbələri üçün olan Dora Plus qrantına müraciət edirsiniz. Qrantın məqsədi Estoniyada təhsil alan beynəlxalq magistr tələbələrinə dəstək olmaq və bununla da bilik mübadiləsinə töhfə verməkdir.Təqaüdün məbləği aylıq 350 avrodur və bu bir akademik il üçün nəzərdə tutulmuşdur (10 ay). Magistr dərəcənizin ikinci ilində artıq yenidən müraciət etməli olursunuz.

 

Nə cür müraciət etmək olar?

 

Qranta Tartu universitetinə müraciət edən zaman müraciət olunur. Qrantlar qəbul nəticələrinə əsasən verilir, belə ki, təqaüdün cavabları Tartu universitetinin qəbul nəticələrinin açıqlandığı zaman və ya bir az sonra açıqlanır.

 

2020/2021-ci ildə qrantlar aşağıdakı kimi bölünmüşdür:

  • Sosial Elmlər Fakültəsi - 31
  • Elm və Texnologiya fakültəsi - 27
  • İncəsənət və Humanitar Fakültələr - 9

 

Onu da qeyd edim ki, Tartu universitetinin magistr dərəcəsinin 2-ci kursunda olanlar üçün müraciət 24 Sentyabrda başlayacaqdır və son müraciət tarixi 1 Oktyabrdır.

 

Qranta müraciət üçün hansı tələbləri ödəmək lazımdır?

 

  • Tartu Universitetində full time magistr tələbəsi olmaq;
  • Estoniya vətəndaşı olmamaq;
  • Yaşayış yeri Estoniya olmayan;
  • Estonyada daimi yaşayış icazəsi və ya uzunmüddətli yaşayış icazəsi olmayan;
  • Son üç il ərzində bir ildən çox Estoniyada olmayan (2-ci kurs tələbələri istisnadır)

 

Digər əsas məsələ, bəs sizə hansı sənədlər lazımdır?

 

  • Akademik transkript
  • Rezuyme
  • Pasportun kopyası
  • Dil sertifikatı: IELTS və ya TOEFL

 

Hər kəsə uğurlar!
 

 

Share Post :