EMJMD (Erasmus Mundus Joint Masters Degree) təqaüd proqramı

26 Okt, 2020
 
Adından da bəlli olduqu kimi bu proqram bir neçə fərqli Avropa universitetlərin təklif etdiyi bir magistr proqramıdır. Bu təqaüd proqramı dünyanın ən reytinqli və perspektivli təqaüd proqramlarından biri hesab olunur və birbaşa olaraq Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Bu da o deməkdir ki, bu proqram müddətində və həmçinin bitirdikdən sonra sizin Avopa qurumlarında praktika və hətta iş tapmaq imkanlarınız olacaqdır. Bu proqram vasitəsi ilə siz 2 və daha çox ölkə və üniversitetlərdə təhsil alacaqsınız. Təssəvür edin, bir semestr Şotlandiyada, Qlazqo universitetində (University of Glasgow), növbəti semestri İrlandiyada, Dublin Şəhər Universitetində (Dublin City University), sonuncu semestr isə Praqada, Çarlz Universitetində (Charles University) təhsil alırsınız. Universitet sayı proqramdan proqrama dəyişir, bu rəqəm 7-8 belə ola bilər. İndi isə hamınızı maraqlandıran sual: 

Bəs təqaüd proqramına nələr daxildir?

  • · Aylıq 1000 avro
  • · Oxuduqunuz ölkədən aslı olaraq, illik 2000 və ya 3000 avro səyahət üçün, həmçinin illik 1000 avro yerləşmə üçün
  • · Təhsil haqları
  • · Tam sığorta təminatı
  • · Digər məcburi iştirak xərcləri

 

Bir sözlə desək, yalnız qəbul olmaqınız yetər, əlavə heç bir xərc çəkməli olmursunuz. Hətta əksər müraciət formaları belə ödənişsizdir. Bəs sizə müraciət etmək üçün nələr lazımdır?
  • · IELTS (6.5 və yuxarı)
  • · Rezyume (müraciət edəcəyiniz fakültə ilə əlaqəli iş təcrübəsi arzuolunandır
  • · Motivasya məktubu
  • · 2 referans məktubu (unutmayın kı, məktublar "Officially headed", yazan insanın işlədiyi qurum tərəfindən tanınmalıdır)
  • · Rəsmi akademik transkript

 

4-cü kursda oxuyan tələbələr unutmasın ki, əksər proqramların son müraciət vaxtı yanvar və fevral aylarında bitir.
Hər kəsə uğurlar!

 

Share Post :