Haqqımızda

Həyat bir yoldur. Çox sürətli, keşməkeşli, çətinliklərlə və imkanlarla dolu bir yol. Məqsəd və istiqamətlərimiz fərqli olsa da, hamımızın tək bir məqsədi var - öz yolunu tapmaq!

“Career Guide” olaraq bizim işimiz elə bələdçilikdir və məqsədimiz Sizə öz yolunuzu tapmaqda və həmin yolda əzmlə və inamla irəliləməkdə dəstək olmaq. 

 

Sizi bura gətirən səbəbin nə olduğunu bilmirik, lakin aşağıdakılardan hər hansı birisi haqqında “bu ki, lap mənə aiddir” deyirsinizsə, onda əmin ola bilərsiniz ki, düz yerdəsiniz. 

✔ Xəyalınızdakı işi arzulayıb, hər gün sevmədiyiniz işi görürsünüz;

✔ Çətin seçim qarşısındasınız və seçim etməkdə çətinlik çəkirsiniz;

✔ Karyera qurmaq istədiyiniz sahədə irəliləmək üçün hansı addımları atmalı olduğunuz haqqında fikriniz yoxdur;

✔ Xaricdə təhsil almaq istəyirsiniz, ancaq haradan başlamaq lazım olduğunu bilmirsiniz; 

✔ İllərlə işlədiyiniz sahəni/peşəni dəyişib digər birində özünüzü sınamaq niyyətindəsiniz, lakin işsiz qalmaq sizi qorxudur;

✔ Həyatınızla bağlı gündəlik qayğılara o qədər qapılmısınız ki, həyatdan zövq ala bilmirsiniz;

✔ Bacarıq və biliklərinizə uyğun işi harada tapmalı olduğunuzu bilmirsiniz;

✔ Göndərdiyiniz rezyumelərin sayını belə itirmisiniz, lakin heç bir cavab gəlmir;

✔ Müsahibələrə getsəniz də müsbət cavab ala bilmirsiniz;

✔ Bu böyük dünyada nə üçün yaşadığınızı düşünürsünüz;

✔ Eyni anda hər şeyi istəyirsiniz, lakin faktiki olaraq heç bir şey etmirsiniz; 

✔ Hər dəfə Yeni ildə bir səhifə dolu məqsəd təyin edirsiniz, lakin nəhayətində hərəkətsizliyi seçir, irəli doğru tək bir addım belə atmır və yerinizdə sayırsınız;

✔ İnsanlar qarşısında çıxış etmək istəyirsiniz, amma səhnəyə çıxar-çıxmaz Straus kimi başınızı quma soxmaq istəyirsiniz;

✔ Kifayət qədər yaşınızın olmasına baxmayaraq, həyatınızla bağlı qərarları hələ də özünüz verə bilmirsiniz.

 

Problemlər çox böyük görünə bilər, çıxış yolu yoxdur deyə düşünə bilərsiniz, lakin biz Career Guide olaraq həm sizə, həm öz təcrübə və bacarıqlarımıza güvənirik!

Elə günü bu gün bizə müraciət edin və ödənişsiz online konsultasiya əldə edin! 

Missiyamız

İnsanların daxilindəki gücü özlərinə göstərərək, həyat yolunda onlara bələdçi olmaqdır.

 

Bizim əsas məqsədimiz insan kapitalına öz töhvəmizi vermək və sabahı bu gündən daha yaxşı etməkdir.

Vizyonumuz

İlk öncə ölkəmizin, daha sonra isə Avropanın ən güvənilən karyera inkişaf mərkəzi olmaqdır.

 

Biz əminik ki, Sizinlə bir yerdə etdiyimiz işlərin nəticəsində bu yolu ən qısa müddətdə qət edə biləcəyik.

Dəyərlərimiz

 

Çalışqanlıq və Məsuliyyət

Güvən və Səmimiyyət

İnkişaf və Məmnuniyyət 

Bizim üçün bunlar sadəcə söz deyil, inandığımız və işimizdə tətbiq etdiyimiz anlamlardır

Müştəri rəyləri

"Career Guide" sayəsində uşaqlıq arzumu gerçəkləşdirdim və Avropada təqaüdlü təhsil qazandım. Yeni dərs ilindən təhsilimi Estoniyada IT sahəsində davam etdirəcəyəm. Komanda olduqca peşəkardır. Hər birinizə öz təşəkkürümü bildirirəm. Tam əminliklə deyə bilərəm ki, bu cür davam etsəniz, qarşıdakı ən qısa müddətdə sədanız bütün ölkəyə yayılacaq.

Qəhrəmanov Şamil

Bakı Mühəndislik Universitetinin tələbəsi

Career Guide  şirkəti vasitəsi ilə öz məqsədlərimə nail oldum və arzuladığım təhsili əldə etdim. Gənclərə tövsiyəm odur ki, əgər siz də dünyanın ən yaxşı universitetlərinə qəbul olmaq istəyirsinizsə, tam əminliklə  "Career Guide " komandasının peşəkar üzvlərinə güvənə bilərsiniz.
 

Qorxmaz Agasanov

Azerbaycan Universitetinin tələbəsi

 “Career Guide” şirkəti mənə universitetlərə qəbul prossesi zamanı ən önəmli rol oynayan motivasiya və tövsiyə məktubunun yüksək peşəkarlıqla yazılmasında yardım etdi. Həmçinin, bu dostcanlı komanda universitetə qəbul zamanı hər növ lazımi dəstəyi mənə göstərdi. Məhz bu əməkdaşlar sayəsində arzuladığım universitetə qəbul oldum.
 

Arif Qəhrəmanlı

11-ci sinif şagirdi

Bir çox çətinliklərin öhdəsindən Career Guide şirkəti sayəsində gəldim. Career Guide  əməkdaşları zəhmətkeş, diqqətli və işlərini yüksək professionallıq ilə yerinə yetirən şəxslərdir. Məhz ele bu səbəblərə görə bu şirkət gənclər arasında böyük hörmət və rəğbətə sahibdir. Onlara gələcək işlərində uğurlar arzulayır və daim belə qalmalarını arzu edirəm.
 

Fatimə İbadzadə

Ümumiyyətlə, xaricdə təhsil ilə bağlı güvənilir və peşəkar şirkət tapmaq çətindir. Lakin seçimimdə yanılmadığım və Career Guide şirkəti sayəsində İspaniyanın ən yaxşı universitetində qəbul aldığım üçün çox xoşbəxtəm. Bunun üçün "Career Guide" komandanın hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm.
 

Səkinə Sadıqlı

Azərbaycan Dillər Universitetinin tələbəsi

Mütəxəssislərimiz

Komandamız aydan gəlmiş və ya göydən zənbillə düşməmişdi. Azərbaycanda doğulub, burada təhsil alıb və hamının üzləşdiyi problemləri özləri yaşayıb. Fərqimiz odur ki, biz bununla kifayətlənməmişik, xaricdə təhsil almışıq və işləmişik, danışdığımız mövzuları sadəcə kitablardan oxumamışıq və məhz ona görə təqdim etdiyimiz məhsulların keyfiyyətinə cavabdehik.

Toğrul Ələkbərov

Direktor

Qəmər Babayeva

Marketinq üzrə koordinator

Davud Əzizov

Baş Araşdırmaçı

Arzu Fərəcova

Müştərilərlə iş üzrə koordinator

Fehruz Cəbrayılov

Xaricdə təhsil üzrə koordinator